Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
Globalinfo.az bildirir ki, bu barədə “Report” Komissiyanın üzvü Rəşad Məcid məlumat verib.
O qeyd edib ki, iclasda 100-ə yaxın müracətə baxılıb.
Qeyd edək ki, bununla da baxılan müraciətlərin sayı 300-ü keçib.
***10:27
Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, indiyədək komissiyanın iki iclası baş tutub və 200-dən çox müraciətə baxılıb.
Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının iclaslarının nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir.














