Əfv Komissiyasının növbəti iclası…

Əfv Komissiyasının növbəti iclası...

Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün beşinci iclası keçirilib.

Globalinfo.az bildirir ki, bu barədə “Report”a Komissiyanın üzvü Rəşad Məcid məlumat verib.

O bildirib ki, bu gün keçirilən iclasda 100-ə yaxın müraciətə baxılıb.

Qeyd edək ki, bununla da baxılan müraciətlərin sayı 600-ü keçib.

***09:20

Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.

Globalinfo.az xəbər verir ki, bu il komissiyanın dörd iclası baş tutub və 500-ə yaxın müraciətə baxılıb.

Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının iclaslarının nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir.