Dünyanın ən yaraşıqlı kişisi o seçildi – FOTOLAR

Britaniyalı aktyor Aaron Teylor-Conson dünyanın ən yaraşıqlı kişisi seçilib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, aparılan araşdırmalarda aktyorun üz cizgilərinin qədim yunanların “qızıl nisbət”  kimi tanınan gözəllik standartlarına əsasən, 93% mükəmməl olduğu bildirilib. Nəticədə 34 yaşlı “Qızıl Qlobus” mükafatlı aktyor birinci yeri tutub.

Qeyd edək ki, “qızıl nisbət” metodu sayəsində məşhur britaniyalı plastik cərrah Culian De Silva hər il məşhur kişi və qadınlar arasında ideal simaların reytinqini tərtib edir.

Amerikalı supermodel Bella Hadid 5 il öncə dünyanın ən gözəl qadını seçilmişdi.