Dünyanın ən təhlükəsiz şəhəri Əbu-Dabidir: Bəs Bakı və İrəvan?

Dünyanın ən təhlükəsiz şəhəri Əbu-Dabidir: Bəs Bakı və İrəvan?

“Numbeo” onlayn məlumat bazasına görə, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi 2024-cü ildə dünyanın ən təhlükəsiz şəhərləri siyahısında birinci olub.

Globalinfo.az xəbər verir ki, “Numbeo”ya görə  Abu Dabi ən aşağı cinayət indeksinə sahibdir.

Reytinqdə ikinci yeri BƏƏ-nin digər yaşayış məntəqəsi – Əcman əmirliyi tutub.

Üçüncü yerdə Qətərin paytaxtı Doha qərarlaşıb.

Bakı 30,5 cinayət indeksi ilə 71-ci yerdədir. Tbilisi 25,7 cinayət indeksi ilə 39-cu yerdə qərarlaşıb.

İrəvanda cinayət göstəricisi isə 22,1-dir. Ermənistanın paytaxtı siyahıda 19-cu yerdədir.

Müşviq Tofiqoğlu
Globalinfo.az