Dünyada ilk: bu ölkədə siqaret qadağan edildi

Dünyada ilk: bu ölkədə siqaret qadağan edildi

Yeni Zelandiya dünyada ilk olaraq gələcək nəsil üçün siqaret çəkməyi qadağan edən qanun qəbul edib.

Globalinfo.az Modern.az-a  istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, ölkədə 2009-cu il yanvarın 1-də və ya ondan sonra doğulanlara tütün satılmayacaq.

“Minlərlə insan daha uzun yaşayacaq, sağlamlaşacaq və səhiyyə sistemi 5 milyard dollar yaxşılaşacaq, çünki siqaretin səbəb olduğu xəstəlikləri, məsələn: çoxsaylı xərçəng növləri, infarkt, insult, amputasiyaları müalicə etmək məcburiyyətində qalmayacaq”, – açıqlamada qeyd olunub.