Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib ki, təşkilat ölkələri ABŞ-ın Qırmızı dənizdəki əməliyyatına qoşulacaq.
Maraqlıdır, ABŞ-ın planları nədir?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Samir Hümbətov qeyd edib ki, Aİ ABŞ-ın, bir növ, peyki rolunu oynayır:
“Eyni zamanda, bu, ABŞ-ın maraq dairəsinə daxil olan təşkilatdır.
Samir Hümbətov
2000-ci illərin əvvəllərindəki terror hadisələri, Əfqanıstan, İraq və Yaxın Şərqdə baş verən proseslər yeni dünya düzəninin nizamlanması məqsədilə atılan addımlardır. Bu, Üçüncü Dünya müharibəsinin elementləri də hesab edilə bilər. ABŞ yeni xəritələrin cızılmasına çalışır. Atdığı addımlar da öz maraqlarından irəli gəlir. Yəni dünyanı tam şəkildə nəzarətdə saxlamağa cəhd edir.
Digər tərəfdən Çin də böyüyür: sürətlə Afrika, Yaxın Şərq, Asiya və cənub-şərqi Asiyada güclənir. ABŞ və Çin güclü rəqabət içindədir. Rəsmi Pekin öz gücünü digər dövlətlərə də qəbul etdirmək istəyir. Rusiyanın Ukraynada çətin vəziyyətə düşməsi də Çinin maraqlarına xidmət edir.
Birləşmiş Ştatlar sadalanan bölgələri Çinlə paylaşmaq istəmir. Mübarizə də elə bunun üzərindən gedir”.
Safura Bənnayeva
Globalinfo.az














