Dünya çempionatı Azərbaycana verilmədi

Güləş üzrə 2023-cü il dünya çempionatına ev sahibliyi Azərbaycana verilməyib.

Globalinfo.az xəbər verir ki, bu barədə Dünya Güləş Birliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib. Belə ki, mundial ardıcıl 2-ci dəfə Serbiyanın paytaxtı Belqradda baş tutacaq.

Yarışa ev sahibliyi etmək üçün Serbiya və Azərbaycanla yanaşı, Türkiyə də namizədliyini irəli sürmüşdü.

Qeyd edək ki, dünya çempionatının gələn il 16-24 sentyabrda keçirilməsi planlaşdırılır.