Qəzza zolağının şimalında yerləşən Beyt Hanoun şəhərindən yayılan son görüntülər gündəm olub.
Globalinfo.az xəbər verir ki, kadrlarda şəhərin ciddi zərər gördüyü, yaşayış binalarının əksəriyyətinin tamamilə dağıldığı müşahidə olunur.
Küçələrdə böyük dağıntılar və infrastrukturun, demək olar ki, tam sıradan çıxması diqqət çəkir.
Qeyd olunub ki, bölgədə intensiv hərbi əməliyyatlar nəticəsində həm yaşayış evləri, həm də sosial obyektlər zərər görüb. Bu isə mülki əhali üçün ciddi humanitar çətinliklər yaradıb və şəhərin əvvəlki vəziyyətinə qayıtmasının uzun zaman alacağını göstərir.
Hazırda Qəzza zolağının bir çox hissəsində olduğu kimi, Beyt Hanounda da vəziyyət gərgin olaraq qalır və dağıntıların aradan qaldırılması ilə bağlı proseslər olduqca məhdud imkanlarla həyata keçirilir.
Tahir Turan
Globalinfo.az