Dövlət qurumlarında dəyişilik olacaq: Gələn aydan…

Dövlət qurumlarında dəyişilik olacaq: Gələn aydan...

“Bu ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında Gədəbəy rayonunda baş vermiş hadisə ilə bağlı bildirdi ki, məsələ ilə əlaqədar həm mənə, həm ictimaiyyətə məlumat verilməlidir”.

Globalinfo.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.

“Bu yalnız bir quruma deyil, həmçinin bütövlükdə dövlət orqanlarına ictimaiyyətə açıq olmaq və öz fəaliyyətləri ilə əlaqədar daim əhalini məlumatlandırmaq ilə bağlı tapşırıq idi. Dövlət qurumlarının ictimaiyyətə açıqlıq səviyyəsini göstərən meyarlardan biri də ictimai şuraların fəaliyyətidir” – deyə, millət vəkili qeyd edib.

O bildirib ki, monitorinqlər bu gün əksər dövlət qurumlarının yanında formalaşdırılan ictimai şuralar həmin orqan ilə ictimaiyyət arasında körpü rolunu oynaya bilmir:

“Cənab Prezidentin son çıxışı bir daha belə şuraların aktiv fəaliyyətini gündəmə gətirir. İctimai şuralar fəaliyyət göstərdiyi qurumun işləri ilə bağlı mütəmadi məlumatlandırma həyata keçirməklə yanaşı, həmin orqanın fəaliyyətinin keyfiyyətinin artırılmasına da çalışmalıdır. Bunun üçün həmin şuraların öz fəaliyyətləri ilə bağlı dövrü hesabatlar verməsinə də ehtiyac var. Gələn aydan etibarən bir sıra dövlət qurumlarında şuralar yeniləcək. Ümid edirik ki, bu həm də keyfiyyət yeniləşməsi olacaq”.

Zaira Akifqızı
Globalinfo.az