Putin 1

Putinin dostları Rotenberqlər onun qızı üçün Alp dağlarında ev alıblar.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “İmportant Stories” və Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsinin (OCCRP) araşdırmasında deyilir.

“Avstriyanın Kitzbühel dağ-xizək kurortunda dəbdəbəli kottecin yaxınlığında Mariya Vorontsova (Putinin böyük qızı – red.), həmçinin, ola bilsin, prezidentin özü də dəfələrlə görüntülənib. Düzdür, sanksiyalara görə artıq ailədən heç kim ora gedə bilmir. 11 milyon avroya olan dağ evi hələ 2013-cü ildə Kiprin “Wayblue Investments” şirkəti tərəfindən kreditlə alınıb. Müqavilə üçün pulu isə Arkadi Rotenberqin “Olpon Investments” Kipr şirkəti verib”, – məlumatda deyilir.

Paylaş: