Deputatlığa namizədliyin irəli sürülməsi prosesi başladı

Azərbaycanda mandatlı seçki dairələri üzrə deputatlığa namizədliyin irəli sürülməsi prosesi başlayıb.

Globalinfo.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Arifə Muxtarova qurumun iyunun 29-da keçirilən iclasında deyib.

Onun sözlərinə görə, seçkilərin təyin olunması ilə bağlı dövlət başçısının rəsmi sərəncamı dərc olunduqdan sonra namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması haqqında qərarın qəbul edilməsi üçün sənədlər müvafiq dairə seçki komissiyasına təqdim edilir:

“DSK-lar isə həmin sənədlərə beş gün müddətində baxaraq müvafiq qərarlar qəbul edirlər”.