İki gün öncə Milli Məclisin deputatı Vahid Əhmədovun oğlu Zəfər Əhmədov vəzifəsindən azad edildiyi xəbəri yayılmışdı. Xəbərdə bildirilirdi ki, Z.Əhmədov Baş prokuror Kamran Əliyevin əmri ilə iyul ayının 2-də sərəncama götürülüb.
Globalinfo.az-a danışan Vahid Əhmədov deyib ki, oğlunun işdən çıxarılması xəbəri insanlara düzgün formada çatdırılmayıb:
“Oğlum 5 il idi ki, Qaradağ rayon prokuroru olaraq çalışırdı. İyul ayının 2-də səlahiyyət müddəti başa çatdı. Bununla əlaqədar da sərəncama götürüblər. İndi qanuna uyğun olaraq başqa iş təklifi edəcəklər”.
Zaira Akifqızı
Globalinfo.az














