Deputat erməniləri belə susdurdu – Video

“RT ARABİAN” kanalında Azərbaycan, Rusiya və Ermənistan ekspertlərinin iştirakı ilə Qarabağda baş verən son hadisələrlə bağlı debat təşkil olunub.

Globalinfo.az xəbər verir ki, Milli Məclisin deputatı Cavanşir Feyziyev debatda Qarabağ münaqişəsi ilə bağlı son 30 ildə və hazırda baş verən hadisələr haqda ərəb auditoriyasına geniş məlumat verib.

Debat zamanı Ermənistan təmsilçisinin söylədiyi yalanlar yerindəcə ifşa olunub. Ermənistanlı ekspertin Qarabağ ərazisini “müstəqil arsax respublikası” kimi təqdim etmək cəhdinə mane olaraq bunun heç bir hüquqi əsası olmayan və heç kim tərəfindən tanınmayan qondarma cinayətkar qurum olduğu tamaşaçıların diqqətinə çatdırılıb. Millət vəkili Cavanşir Feyziyev lokal xarakterli antiterror tədbirlərinin artıq başa catdığını, qondarma qurumun ağ bayraq qaldırdığını və hazırda Qarabağda yaşayan erməni icmasının Azərbaycan cəmiyyətinə reintaqrasiyası ilə bağlı erməni icmasının nümayəndələri ilə görüşlər keçirildiyini bildirib.

Millət vəkili ərazimizdə yaşayan erməniəsilli vətəndaşların bütün hüquqlarının və təhlükəsizliyinin təmin olunmasına Azərbaycan dövləti tərəfindən zəmanət verildiyini də vurğulayıb.