“Demarkasiya prosesi ilə bağlı hər şey açıqdır. Komissiyalar arasında imzalanmış 18 aprel tarixli protokolu və əsasnaməni diqqətlə oxusanız, heç bir ziddiyyətin olmadığını görərsiniz”.
Globalinfo.az xəvər verir ki, bunu Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan deyib.
Onun sözlərinə görə, sərhədin müəyyənləşməsi prosesi ilə bağlı razılaşmaların əsas məqsədi bütün oxşar problemlərin sakit, fundamental, hüquqi həllini tapmasıdır:
“Demarkasiyanın növbəti mərhələsi ilə bağlı isə hələlik yenilik yoxdur. Biz tənzimlənmə üçün ölkədaxili prosedurları tamamlamalıyıq”.
Ayşən Mustafa
Globalinfo.az














