İmişli rayonunda dəm qazından boğularaq ölən şəxslərin adları məlum olub.
Globalinfo.az AZƏRTAC-a istinadla xəbər verir ki, hadisədə Azadova Mehriban İdris qızı və onun övladları – Azadov Məhəmməd və Azadova Fatimə ölüb.
İmişli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunan ailə başçısı Azadov Vasif Əlirza oğlunun isə vəziyyəti ağır qiymətləndirilir.
**
İmişlidə bir ailənin 3 üzvü yaşadıqları mənzildə dəm qazından boğularaq ölüb, biri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Globalinfo.az APA-ya istinadla xəbər verir ki, faciə nəticəsində ana və iki azyaşlı övladı həyatını itirib.
Ailə başçısı Bəhrəmtəpə kənd sakini 1989-cu il təvəllüdlü Azadov Vasif Əlirza oğlu komatoz vəziyyədə İmişli rayon xəstəxanaının reanimasiya şöbəsinə yerləşdirlib.
**
22:56
İmişlidə bir ailənin 3 üzvü yaşadıqları mənzildə dəm qazından boğularaq ölüb, biri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Globalinfo.az APA-ya istinadla xəbər verir ki, hadisə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
Aysel Əliyeva
Globalinfo.az














