Bakıda 5 yaşlı qızının seksual xarakterli qısnamaya məruz qaldığını bildirən qadın polisə müraciət edib.
Globalinfo.az-ın əldə etdiyi məlumata görə, müraciət Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə daxil olub.
Şikayətçi G.Qasımova ərizəsində bildirib ki, dekabrın 13-də 5 yaşlı qızını dayəsi Ş.Namazlının evinə qoyub. Həmin ünvanda dayənin qayınatası azyaşlıya qarşı seksual xarakterli hərəkətlər törədib.
Araşdırmalar nəticəsində həmin şəxsin 1948-ci il təvəllüdlü A.Məmmədov olması müəyyən edilib.
Faktla bağlı polis tərəfindən araşdırmalar aparılır.
Malik
Globalinfo.az














