Daha bir tələbəmiz faicəvi şəkildə vəfat etdi – FOTO

Daha bir tələbəmiz faicəvi şəkildə vəfat etdi - FOTO

Bakıda 18 yaşlı oğlan dəm qazından ölüb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, dünən saat 18 radələrində Beyləqan rayon sakini 2006-cı il təvəllüdlü Ramal Cabir oğlu Hüseynovun meyiti “Tarqovı” məhəlləsi kimi tanınan ərazidə – Tolstoy küçəsi ev 156-nın hamam otağında tapılıb.

Orada kirayə qalan gəncin dəm qazından zəhərlənərək ölməsi bildirilib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

***

“Unikal”ın məlumatına görə, Ramal Hüseynov Azərbaycan İdman Akademiyasının tələbəsi idi.

O, idman menecmenti və kommunikasiya ixtisası üzrə təhsil alırdı.

Foto “Unikal”a məxsusdur:

tarqovidaki-menzilde-facievi-sekilde-oldu