Daha bir ölkəyə şəxsiyyət vəsiqəsi ilə gedə bilərik

 

Daha bir ölkəyə şəxsiyyət vəsiqəsi ilə gedə bilərik

Özbəkistan Azərbaycan vətəndaşlarına respublika ərazisinə daxili pasport və ya şəxsiyyət vəsiqəsi (ID-kart) ilə daxil olmağa icazə verməyi planlaşdırır.

Globalinfo.az oxu.az-a istinadən bildirir ki, bu barədə ölkə Prezidenti Şavkat Mirziyoyevin imzaladığı fərmanda qeyd olunur.

Sənədə əsasən, Rusiya və Qazaxıstan vətəndaşlarına da eyni imtiyaz veriləcək.

Özbəkistanın Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı müvafiq danışıqlara üç ay ərzində başlamaq tapşırığı alıb.