31 il əvvəl itkin düşən daha bir şəhidimiz dəfn edildi – YENİLƏNİB

31 il əvvəl itkin düşən daha bir şəhidimiz dəfn edildi - YENİLƏNİB

31 il əvvəl birinci Qarabağ döyüşlərində itkin düşmüş Nofəl Qurbanov Sabunçu rayonunda Şəhidlər xiyabanında dəfn edilib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, mərhum yaylım atəşi və Dövlət Himninin sədaları altında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhər ictimaiyyəti, şəhidin ailə üzvləri, Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.

31 il əvvəl itkin düşən daha bir şəhidimiz dəfn edildi - YENİLƏNİB

***13:00

Birinci Qarabağ müharibəsi zamanı Daşaltıda itkin düşmüş, 31 il sonra meyit qalıqları tapılmış Nurəli Hacıbaba oğlu Abdullayev dəfn olunub.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, mərhum yaylım atəşi və Dövlət Himninin sədaları altında Suraxanı rayonunun Bülbülə qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidlərin ruhuna dualar oxunub, xalqımıza və dövlətimizə sülh və əmin-amanlıq arzulanıb, şəhid Nurəli Abdullayevin məzarına tər güllər düzülüb.