Daha bir Afrika ölkəsində çevriliş edildi – Yeni başçı seçildi / YENİLƏNİB

Daha bir Afrika ölkəsində çevriliş edildi - Yeni başçı seçildi / YENİLƏNİB

Qabonda hakimiyyəti ələ keçirən hərbçilər Qabon Respublika Qvardiyasının komandanı general Bris Oliqi Nguemanı keçid dövrü üçün dövlət başçısı təyin edib.

Globalinfo.az xəbər verir ki, bu elan Qabonun milli televiziyasında hərbi üsyançılardan biri tərəfindən oxunub.

***14:14

Hərbi qiyamın baş verdiyi Qabonda Prezident Ali Bonqo Ondimba ev dustaqlığına yerləşdirilib.

Globalinfo.az oxu.az-a istinadən bildirir ki, bu barədə dövlət televiziyası məlumat verib.

“Prezident Əli Bonqo Ondimba ailəsi ilə birgə və həkimlərin nəzarəti altında ev dustaqlığındadır” – televiziyada oxunan bəyanatda qeyd olunur.

Bəyanatda həmçinin bildirilir ki, dövlət başçısının oğullarından biri dövlətə xəyanətə görə həbs edilib.

Xatırladaq ki, bu gün Qabon Silahlı Qüvvələrinin bir qrup yüksək rütbəli zabiti milli televiziya vasitəsilə hakimiyyətə gəldiklərini, avqustun 26-da keçirilmiş prezident və parlament seçkilərinin nəticələrinin ləğv edildiyini bəyan ediblər.

***10:01

Qabonda hərbçilər prezident seçkilərinin nəticələrinin ləğv olunduğunu və hakimiyyət orqanlarının buraxıldığını elan ediblər.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.

Bundan başqa, növbəti əmrə qədər ölkənin sərhədlərinin bağlanıldığı bildirilib.

Hərbçilər qeyd ediblər ki, indiki rejimi bitirmək niyyətindədirlər. Paytaxt Librevildə atışma səsləri eşidilib.

Ölkədə Fransanın RFİ radiostansiyasının yayımı dayandırılıb. Komendant saatı tətbiq edilib və internetə çıxış bağlanıb.