“Krokus” terroristlərindən 3-ü daha bir şəhərdə də terror aktı planlaşdırıblar.
Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Terrorçular Dağıstanın Kaspiysk şəhərində əldəqayırma partlayıcı qurğu ilə terror planlaşdırıblar.
Mənbənin əldə etdiyi cinayət işi ilə bağlı sənədlərdə qeyd olunur:
“2023-cü ilin noyabrından 2024-cü ilin 16 mart tarixinə qədər sözügedən şəxslər qanunsuz yollarla 2-dən çox Kalaşnikov avtomatları, Makarov tapançaları və sursat alıb və saxlayıblar. Məlum hadisədən sonra (“Krokus”da törədilən terror nəzərdə tutulur) Dağıstanın Kaspiysk şəhərində terror aktı törətməyi planlaşdırıblar”.
Aysel Əliyeva
Globalinfo.az














