COVID xəstələrinə yardım göstərən tibb işçilərinə şad xəbər

COVID xəstələrinə yardım göstərən tibb işçilərinə şad xəbər

Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti uzadılır.

Globalinfo.az bildirir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, bu müddət 2023-cü il yanvarın 1-dək kimi uzadılıb.

Qeyd edək ki, əvvəl bu müddət 2022-ci il noyabrın 1-nə kimi nəzərdə tutulmuşdu.