Corcia Meloninin paylaşımı dünyanın gündəmini zəbt etdi

Corcia Meloninin paylaşımı dünyanın gündəmini zəbt etdi

İtaliyanın Baş naziri Corcia Meloni barəsində istintaq başladılıb.  

Globalinfo.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Meloni Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən axtarışda olan və İtaliyada saxlanılan yüksək vəzifəli liviyalı polis əməkdaşını sərbəst buraxmaq iddiası ilə ittiham olunur.

Baş nazir sosial media hesablarında paylaşdığı videoda cinayətkarlığa yardım və ictimai resurslardan sui-istifadə ittihamı ilə bağlı istintaq bildiriş kağızı aldığını qeyd edib.

“Mənə hədə-qorxu gələ bilməzsiniz. Məni qorxuda bilməzsiniz. Xüsusilə də xalqın təhlükəsizliyindən söhbət gedirsə, italiyalıları müdafiə etmək üçün yoluma davam etmək niyyətindəyəm”, – deyə Meloni qeyd edib.

O, həmçinin özü ilə yanaşı ədliyyə naziri Karlo Nordio, daxili işlər naziri Matteo Piantedosi və Baş nazirin kəşfiyyatdan məsul müşaviri Alfredo Mantovanoya da bənzər bildirişin gəldiyini deyib. Bir sıra nazirlər və rəsmi şəxslər Baş nazirə dəstəklərini nümayiş etdirib.

Əliyar Xəlil

Globalinfo.az