Amerikalı boksçu Corc Forman 76 yaşında vəfat edib.
Globalinfo.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.
“O, sarsılmaz iman, təvazökarlıq və məqsədyönlü bir həyat yaşayan insan idi. Sədaqətli ər, mehriban ata olub. Onu xeyirli qüvvə, nizam-intizamlı, əqidəli və irsinin qoruyucusu adlandırırdılar. Forman 21 mart 2025-ci il tarixində sevdiklərinin əhatəsində dinc şəkildə dünyasını dəyişdi”, – deyə sosial şəbəkədə bildirilib.
Qeyd edək ki, Corc Forman iki dəfə ağır çəki üzrə dünya çempionu olub. 1968-ci il Olimpiya Oyunlarında qızıl medal qazanıb.
Əliyar Xəlil
Globalinfo.az














