Boris Conson Ukrayna haqqında müsahibə vermək üçün 1 milyon dollar istəyib.
Globalinfo.az xəbər verir ki, bu barədə amerikalı məşhur jurnalist Taker Karlson deyib:
“Rusiya ilə müharibədə Ukraynanın qatı tərəfdarı kimi çıxış edən Böyük Britaniyanın sabiq Baş naziri Boris Conson mövzu ilə bağlı müsahibə vermək üçün 1 milyon dollar istəyir”.
Eyni zamanda, Karlson Ukraynanın müdafiəsinin çirkli pulların yuyulması baxımından əlverişli olduğunu deyib. Boris Consonu isə bu sxemin mənfəətçilərindən biri adlandıraraq onu ittiham edib.
Karlson Böyük Britaniyanın keçmiş Baş nazirindən müsahibə almaq istəyini belə izah edib:
“Mən Moskvada oldum və Putindən müsahibə aldım. Boris Conson adlı şəxs isə məni “Kremlin aləti” olmaqda ittiham etdi. Mən isə müsahibə almaq istədim, çünki o, ittihama davam edir”.
Karlson Boris Consondan fərqli olaraq Vladimir Putinin müsahibəyə görə, ondan milyon dollar istəmədiyini ironiya ilə dilə gətirib.
Əliyar Xəlil
Globalinfo.az














