Çin Rusiya və Ukraynaya çağırış etdi

 

Çin Rusiya və Ukraynanı sülh danışıqlarına başlamağa çağırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Qenq Şuanq deyib.

O bildirib ki, tərəflər siyasi iradə nümayiş etdirməlidirlər.

“Çin münaqişə tərəflərini siyasi iradə nümayiş etdirməyə, ortaq nöqtədə görüşməyə və mümkün qədər tez sülh danışıqlarına başlamağa çağırır”, – deyə Şuanq  Qərb ölkələrinin hücum qərarı fonunda Rusiyanın tələbi ilə çağırılan BMT Təhlükəsizlik Şurasının iclasında vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az