Çimərlikləri zibilləyənlər cəzalandırıldı

Çimərlikləri zibilləyənlər cəzalandırıldı

Polis əməkdaşları və digər aidiyyəti qurumlar Xəzər dənizi sahilində – Bakı, Sumqayıt, Xızı, Siyəzən, Xaçmaz və Lənkəran ərazilərində ekoloji sabitliyin təmin olunması məqsədilə profilaktik tədbirləri davam etdirir.

Globalinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Profilaktik tədbirlər zamanı

– məişət tullantılarını ətrafa atan – 11 nəfər;

– qadağan olunmuş yerdə siqaret çəkən – 4 nəfər;

– tullantı sularını kənar yerə axıdan – 6 nəfər;

– ağac və kolları zədələyən, qanunsuz tikinti aparan – 2 nəfər

barəsində qanunamüvafiq tədbirlər görülüb.

Bu tədbirlər davamlı xarakter daşıyır və məqsəd ekoloji təhlükəsizliyi təmin etməkdir.