Ceyhun Bayramov Gürcüstana yola düşdü

Xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfərə yola düşüb.

Globalinfo.az  xəbər verir ki, bu barədə XİN-in məlumatında qeyd edilib.

“Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili, habelə digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub”, – məlumatda vurğulanıb.