“Çelsi” “Vest Hem”lə bacarmadı – VİDEO

“Çelsi” “Vest Hem”lə bacarmadı – VİDEO

“Çelsi” İngiltərə çempionatında yenə xal itirib.

Globalinfo.az xəbər verir ki, Qrem Potterin yetirmələri Premyer Liqanın 23-cü turunda “Vest Hem”lə “sülh bağlayıb” – 1:1. Bu, “zadəganlar”ın turnirdəki ardıcıl üçüncü heç-heçəsi olub.

Komanda son 8 matçda 1 qələbə qazanıb, 4 heç-heçə edib və 3 dəfə uduzub. London klubu bu müddət ərzində cəmi 4 qol vura bilib və hazırda 31 xalla 9-cu yerdə qərarlaşıb.

Qeyd edək ki, “Çelsi” növbəti matçını Çempionlar Liqası çərçivəsində “Borussia Dortmund” səfərində keçirəcək. Görüş 16 fevral tarixində baş tutacaq.