Cəlilabadda 12 ailənin yaşadığı binada yanğın – FHN məlumat yaydı

Cəlilabadda 12 ailənin yaşadığı binada yanğın - FHN məlumat yaydı

Cəlilabad şəhərində ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 42 m² olan 2 otaqlı mənzilin eyvanının tavanı 6 m² sahədə, 1 ədəd qapısı və binanın dam örtüyünün taxta atmaları 30 m² sahədə yanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

“Mənzilin və dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, – deyə bildirilib.

APA-nın xəbərinə görə, hadisə Cəlilabad rayonunda, Zərifə Əliyeva küçəsində, 12 ailənin yaşadığı binada baş verib.

Yanğın ümumi sahəsi 688 kvadratmetr olan ikimərtəbəli yaşayış binasının ikinci mərtəbəsində, 1975-ci il təvəllüdlü Rafiq Orucovaya məxsus mənzildə başlayıb.