Çavuşoğlu bu azərbaycanlını unuda bilmir

Çavuşoğlu bu azərbaycanlını unuda bilmir

“Azərbaycandan Türkiyəyə təqaüdünü göndərən yaşlı babamızı unutmamışıq”.

Globalinfo.az “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı deyib.

“Gücümüz birliyimizdədir. Türk Dövlətləri Təşkilatı hər birimizin yuxusu idi, indi reallaşdı”, – o qeyd edib.

Çavuşoğlu həmçinin bildirib ki, orta dəhlizin qlobal ticarətdəki rolu artmalıdır.

Qeyd edək ki, Türkiyədə fevralın 6-da baş vermiş dəhşətli zəlzələdən sonra 87 yaşlı Mirzə baba və 72 yaşlı Hikmət Musayev pensiyalarından müəyyən məbləği qardaş ölkəyə göndərmişdilər.