Çavuşoğlu Ermənistanın Hindistan və İran tərəfindən silahlandırılmasına münasibət bildirdi

Çavuşoğlu Ermənistanın Hindistan və İran tərəfindən silahlandırılmasına münasibət bildirdi

Cəbrayılda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanın Hindistan və İran tərəfindən silahlandırılmasına münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, nazir APA-nın sualına cavabında bildirib ki, silahlandırma ilə bu münaqişənin həll edilməyəcəyini 30 ilin sonunda hamı gördü: “Artıq Qafqazda hər kəsin sülhdən və sabitlikdən danışmalıdır. Hazırda Orta dəhliz daxil əhəmiyyətli layihələrin həyata keçirilməsindən danışılmalıdır Orta Dəhliz hazırda çox böyük önəm qazanıb. Qida və enerji böhranından dolayı çox fürsətlər yaranıb. Silahlanmaya deyil, sülhə və birlikdə çalışmağa diqqəti yönəltməliyik”, – o deyib.