Cənubi Qafqazda Rusiya və kollektiv Qərb toqquşur.
Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Ayk Ayvazyan deyib.
“Bu reallıqda Ermənistan və Qarabağdakı ermənilər yalnız tərəflərdən birinə kömək edərək iştirak edə bilər. Bizim istənilən fəaliyyətimiz birinə kömək etməklə digərinə mane olacaq. Rusiyaya kömək etməyimiz bizim suverenliyimiz, milli ənənələrimiz üçün mübarizə mənasına gələcək. Bu mübarizə çətin olacaq və hələlik aydın deyil ki, nə qədər davam edəcək. Qərbə qulaq asmaq isə təslim olub türk vilayətinə çevrilmək deməkdir”, –o bildirib.
Zaira Akifqızı
Globalinfo.az














