Bu xəstəxanaya yeni təyinat oldu

Gəncə şəhər Z.Məmmədova adına Xəstəxananın bölmələrindən birinə yeni rəhbər təyin olunub.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, akademik Z.Məmmədov adına Xəstəxanasının Uşaq Poliklinika bölməsinə Azelma Bahadur qızı Dadaşova rəhbər təyin olunub.

Qeyd edək ki, A.Dadaşova bundan öncə Gəncə şəhər Birləşmiş Xəstəxanasının Siğortanın təşkili və innovasiya şöbəsinin müdiri vəzifəsində çalışıb.