Bu, uğurlu strategiya deyil – ABŞ Rusiyanın təcrid olunmasını istəmir

Bu, uğurlu strategiya deyil – ABŞ Rusiyanın təcrid olunmasını istəmir

Donald Tramp Rusiya ilə münasibətlərin yenidən qurulmasının vacibliyini başa düşür.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Kit Kelloq deyib.

Onun sözlərinə görə, Tramp Ukrayna münaqişəsinə həm humanitar, həm də ABŞ-ın strategiyası nöqteyi-nəzərindən yanaşır. Buna görə də Rusiyanın təcrid olunmasını çıxış yolu kimi görmür.

“Donald Trampın bu münaqişədə tutduğu mövqe ondan ibarətdir ki, ABŞ-ın Rusiya ilə münasibətləri yenidən qurması vacibdir. Rusiyanın təcrid olunması və qarşılıqlı əlaqələrin kəsilməsi artıq davamlı və təsirli strategiya deyil”, – Kelloq qeyd edib.

Aysel Əliyeva
Globalinfo.az