Bu şəxslər güzəştli ipotekadan yararlana biləcəklər

Bu şəxslər güzəştli ipotekadan yararlana biləcəklər

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov jurnalistlərin sosial təminatının yaxşılaşdırılması istiqamətində layihələrin gələcəkdə də həyata keçirilməsinin nəzərdə tutulduğunu deyib.

Mövzunu Globalinfo.az-a şərh edən Mətbuat Şurasının sədri Rəşad Məcid deyib ki, son illər Vergi Məcəlləsinə edilən dəyişikliklərlə jurnalistlər bütün vergilərdən azad olunublar.

Onun sözlərinə görə, jurnalistlərin ipotekadan istifadə edə bilməsi üçün adları siyahıya salınıb:

“Çox güman ki, Medianın İnkişafı Agentliyinin başqa sərfəli təklifləri olacaq. Hazırda jurnalistlərin əsas problemi mənzillə bağlıdır. Onların sözlərinə görə, ipoteka şərtləri olduqca ağırdır. Çünki əməkhaqqı çox aşağıdır. Ona görə də maddi rifah yaxşılaşdırılmalıdır ki, jurnalist də güzəştli ipotekadan yararlana bilsin. Təəssüf ki, jurnalistlər aldıqları məvacibin müqabilində çox zaman ipotekadan yararlana bilmirlər”.

Zaira Akifqızı
Globalinfo.az