Bu ərazilərdə külək əsir, şimşək çaxır – Faktiki hava

Bu ərazilərdə külək əsir, şimşək çaxır – Faktiki hava

Ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Globalinfo.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Aprelin 27-si saat 20:00-a olan məlumata əsasən, Yardımlı, Neftçala, Lənkəran, Astara, Şabran, Quba və Qusarda arabir şimşək çaxır, yağış yağır.

Saat 15:45-də Yardımlıda xırda ölçülü dolu düşüb.

Hazırda bir sıra ərazilərdə qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Neftçalada 20, Goranboyda 19, Naftalanda 18, Göyçayda 16, Şəkidə 15 m/s-yə çatır.

Ölkə ərazisində müşahidə olunan küləkli və yağıntılı hava şəraiti aprelin 29-u gündüzədək davam edəcək.

***11:06

Milli Hidrometeorologiya Xidmətinin aprelin 27-si saat 10:00-a olan məlumatına əsasən, bəzi rayonlarda yağıntılı və küləkli hava şəraiti davam edib, arabir şimşək çaxıb.

Globalinfo.az xəbər verir ki, düşən yağıntının miqdarı Balakəndə 9, Qazax, Şəki və Qaxda 8, Şərur, Gəncə və Tovuzda 5, Şahdağ, Ağstafa, Ordubad, Şahbuz, Şəmkir, Gədəbəy, Lerik, Daşkəsən, Ceyrançöl, Sədərək, Culfa, Astara və Lənkəranda 4 mm-dir.

Bəzi yerlərdə qərb küləyi əsib, küləyin maksimal sürəti arabir Cəbrayılda 20, Kəlbəcərdə 19, Naftalanda 18, Gədəbəy və Yardımlıda 16 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 24, Naxçıvan MR-da 26, Aran rayonlarında 30, dağlıq rayonlarda isə 20 dərəcəyədək isti qeydə alınıb.