Qırğızıstan Türkdilli Dövlətlərin Təşkilatına (TDT) üzv ölkələrin Qızıl Aypara Şəbəkəsindəki sədrlik vəzifəsini Azərbaycana verib.
Globalinfo.az xəbər verir ki, bunu Qırğızıstanın Milli Qızıl Aypara Cəmiyyətinin prezidenti Çingiz Çakipov TDT-nin Qızıl Aypara Şəbəkəsi rəhbərlərinin Bakıda keçirilən iclasında açıqlayıb.
O bildirib ki, sədrlik vəzifəsi Azərbaycanın Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslana təhvil verilib.
Çingiz Çakipov qeyd edib ki, bu görüş yalnız sədrlik dəyişimini deyil, eyni zamanda qardaşlıq, həmrəylik və ortaq türkdilli dəyərlər əsasında idarə olunan məqsədlərə və birliyə olan ümumi sadiqliyi təsdiqləmək üçün vacib bir fürsətdir.
Zaira Akifqızı
Globalinfo.az














