“15 ölkə Ukraynadakı münaqişənin həllinə töhfə vermək üçün “Sülh Dostları” qrupunun işinə qoşulmağa hazırdır”.
Globalinfo.az xəbər verir ki, bu barədə “M1” telekanalı məlumat yayıb.
Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib ki, Çin və Braziliya başda olmaqla 15 ölkə “Sülh Dostları” qrupunun yaradılmasını müzakirə edəcək.
İclasda Macarıstan və Misirdən nümayəndələr də iştirak edəcək. Türkiyə, Qazaxıstan, Keniya, Səudiyyə Ərəbistanı, Zambiya, Meksika və bir sıra digər dövlətlər də öz nümayəndələrini göndərəcək.
Xatırladaq ki, daha öncə Peter Siyarto Qərb ölkələrinə Ukraynada dərhal atəşkəsə və Rusiya ilə sülh danışıqlarına başlamaq barədə çağırış edib.
Müşviq Tofiqoğlu
Globalinfo.az














