eraqci0

ABŞ-ın İrana qarşı təcavüzündə iştirak edən və ya zərbələrin endirilməsinə hər hansı formada dəstək verən istənilən ölkə ordumuzun qanuni hədəfinə çevriləcək”.

Globalinfo.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

O bildirib ki, İran ölkənin suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü qorumaq əzmindədir:

“İrana qarşı təcavüzün həyata keçirilməsində istənilən iştirak, əməkdaşlıq və ya dəstək beynəlxalq hüquq çərçivəsində həmin tərəflərin məsuliyyət daşımasına səbəb olacaq”.

Əraqçinin sözlərinə görə, Tehran özünümüdafiə hüququ çərçivəsində bütün zəruri tədbirləri görmək hüququnu özündə saxlayır:

“Yalnız qanunun aliliyini, dövlətlərin bərabərliyini, ölkələrin suverenliyinə və xalqların ləyaqətinə hörməti birlikdə müdafiə etsək, təhlükəsiz, sabit və ədalətli gələcək qurmaq mümkün olacaq”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: