İran Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan xalqını 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib.
Globalinfo.az xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
“İran İslam Respublikası Azərbaycan xalqını və hökumətini 28 May – Müstəqillik Günü münasibətilə təbrik edir və ölkəyə inkişaf və rifah, eləcə də ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsini arzulayır”, – paylaşımda bildirilib.
***
Fransanın Bakıdakı səfiri Ann Buayon Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
“Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edirik. Sülh və rifah arzulayırıq”, – o qeyd edib.
***
Qazaxıstan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib.
Globalinfo.az xəbər verir ki, bu barədə nazirlik “X” sosial media hesabında yazıb.
“Müstəqillik Günü münasibətilə Azərbaycan xalqına ən səmimi arzularımızı çatdırırıq. Bakıya davamlı güc, rifah və firavanlıq arzulayırıq!” – paylaşımda qeyd olunub.
***
Şri-Lanka Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib.
Globalinfo.az xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
“Şri-Lanka xalqı və hökuməti adından Azərbaycan xalqına və hökumətinə bu sevincli bayram münasibətilə ən xoş arzularımızı və səmimi salamlarımızı çatdırırıq”, – paylaşımda bildirilib.
***
Latviya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib.
Globalinfo.az xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
“Azərbaycana 28 May – Müstəqillik Günü münasibətilə rifah və firavanlıq arzularımızı çatdırırıq”, – paylaşımda vurğulanıb.














