Bu ölkədə TikTok bloklanır

Bu ölkədə TikTok bloklanır

Qırğızıstan Respublikasının Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyi ölkədə TikTok sosial xidmətini bloklamaq qərarına gəlib.

Globalinfo.az “Sputnik Qırğızıstan”a istinadən xəbər verir ki, buna səbəb kimi departamentə qeyri-hökumət təşkilatlarından TikTok sosial şəbəkəsinin uşaqların psixi inkişafına və sağlamlığına mənfi təsiri ilə bağlı şikayətlərin getdikcə artması göstərilib.

Təşəbbüs müəlliflərinin sözlərinə görə, TikTok, istifadəçini qısa kliplərin virtual aləminə batırır, yeniyetmələr onlara baxdıqdan sonra bəzilərinin həyatı üçün təhlükə yaradan müəyyən videoları təkrarlamağa çalışırlar.

Bundan əlavə, bildirilib ki, sosial şəbəkə aludəçiliyə səbəb olmaqla, gənc nəslin emosional vəziyyətinə mənfi təsir göstərir.

Qırğızıstanın Rəqəmsal İnkişaf Nazirliyinin mətbuat xidməti respublikada TikTok-un fəaliyyətini dayandırmaq üçün təcili tədbirlərin görülməsinin zəruriliyi barədə məktubun daxil olduğunu təsdiqləyib.

Hazırda qurum Mədəniyyət Nazirliyinin müraciətinə baxır.