Bu ölkə Trampı qarşısına aldı: Ukraynaya “yaşıl işıq”

Bu ölkə Trampı qarşısına aldı: Ukraynaya “yaşıl işıq”

Böyük Britaniya ABŞ-dan fərqli olaraq Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşmək istəyir.

Globalinfo.az xəbər verir ki, bunu “Deili Meil” qəzeti iddia edib.

Məlumata görə, Böyük Britaniya hakimiyyəti ABŞ-ın iştirakı olmadan “Beş Göz” kəşfiyyat ittifaqı daxilində ayrıca alt qrup yaratmağı düşünür.

“Bu,“Beş Göz”ü tərk etmək kimi başa düşülməməlidir. Belə bir alt qrupun yaradılması təklifi ABŞ Prezidenti Donald Trampın məxfi məlumatların Ukraynaya ötürülməsini qadağan edən addımlarına cavabdır. Sözügedən qrupa hansı ölkələrin daxil ola biləcəyi ilə bağlı təfərrüatlar hələ dəqiqləşdirilməyib”, – deyə nəşr yazıb.

Kəşfiyyat məlumatlarının mübadilə forması və bunun mövcud “Beş Göz” ittifaqı daxilindəki münasibətlərə təsirləri aydın deyil.

Qeyd edək ki, “Beş Göz” kəşfiyyat ittifaqına ABŞ, Kanada, Böyük Britaniya, Avstraliya və Yeni Zelandiya daxildir.

Günay Rəsulqızı
Globalinfo.az