Bu obyektlərdə qaz qurğuları quraşdırmaq olmaz

Bu obyektlərdə qaz qurğuları quraşdırmaq olmaz

Qaz qurğularının quraşdırılması qadağan edilən obyektlər açıqlanıb.

Globalinfo.az bildirir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə saxlanmasına dair Tələblər”-də əksini tapıb.

Qaydalara əsasən, məktəbəqədər təhsil müəssisələrində, teatr və kinoteatrların bufetlərində qaz qurğularının quraşdırılması qadağandır.

İstehlakçılar, o cümlədən məişət abonentləri tərəfindən bu tələblərə əməl edilmədən qaz qurğularının özbaşına quraşdırılmasına yol verilmir.