“Böyük Qayıdış proqramı çərçivəsində işaldan azad edilmiş ərazilərdə geniş miqyaslı məşğulluq tədbirlərinə və sosial xidmət infrastrukturunun qurulmasına başlanılıb”.
Globalinfo.az xəbər verir ki,bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.
“Artıq bu ərazilərə köçürülmüş 1100-dən çox şəxsin məşğulluğu təmin edilib, peşə hazırlığı proqramının icrasına başlanıb, Füzuli və Laçında əmək yarmarkaları keçirilib.
Qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən həmin ərazilərdə işləyən mütəxəssislər üçün bir sıra güzəştlər müəyyən edilib”.
Ayşən Mustafa
Globalinfo.az














