Bu məşhur azərbaycanlıları itirdik… – SİYAHI

Bu məşhur azərbaycanlıları itirdik... – SİYAHI

2025-ci ildə cəmi 7 ay geridə qalsa da, artıq bir çox elm, mədəniyyət, siyasət və incəsənət xadimi vəfat edib.

Globalinfo.az 2025-ci ildə vəfat edən tanınmış azərbaycanlıları təqdim edir:

5 yanvar – Aktyor Azər Baxşəliyev 39 yaşında, uzun sürən böyrək çatışmazlığından vəfat edib.

13 yanvar – Naxçıvanın sabiq baş naziri Şəmsəddin Xanbabayev 85 yaşında dünyasını dəyişib.

15 yanvar – Aktrisa Çimnaz Sultanova 54 yaşında xərçəng xəstəliyindən vəfat edib.

18 yanvar – Tanınmış iş adamı, “Azərsun Holding”in prezidenti, “Qarabağ”ın fəxri prezidenti Abdolbari Gozal 76 yaşında vəfat edib.

17 fevral – Hüquq elmləri doktoru, professor, Ədalət Partiyasının sədri və keçmiş millət vəkili İlyas İsmayılov 86 yaşında dünyasını dəyişib.

24 fevral – Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə uzun sürən xəstəlikdən 70 yaşında vəfat edib.

12 mart – Xalq artisti, balet ustası Tamilla Şirəliyeva 79 yaşında vəfat edib.

16 mart – Xalq artisti, rejissor və aktyor Ənvər Həsənov dünyasını dəyişib.

30 aprel – Xalq rəssamı, “Azərbaycanfilm”in məşhur kino rəssamı Rafiz İsmayılov 86 yaşında vəfat edib.

8 iyul – Azərbaycan Yazıçılar Birliyinin üzvü, Vətən müharibəsi iştirakçısı, şair Həsən Kür  beyin qanaması nəticəsində dünyasını dəyişib.

24 iyul – Sabiq deputat Xanhüseyn Kazımlı 83 yaşında vəfat edib.

1 avqust – Muğam sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Arif Babayev 87 yaşında dünyasını dəyişib.

3 avqust – Xalq yazıçısı, tanınmış ictimai xadim Elçin Əfəndiyev 82 yaşında vəfat edib.

Zaira Akifqızı
Globalinfo.az