
Böyük Qayıdışla doğma yurda dönən keçmiş məcburi köçkünlərin indiyədək müvəqqəti məskunlaşdıqları mənzillər, ilk növbədə, yaşayış şəraiti yaxşılaşdırılmalı olan şəhid ailələrinə verilir.
Bu barədə Globalinfo.az-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Məlumata görə, Zəngilan rayonunun Ağalı kəndinə köçmüş ailənin dövlətə təhvil verdiyi mənzildə Laçından olan şəhid ailəsi müvəqqəti yerləşdirilib. Şəhid anası Xoşqədəm Kərimovanın da arzusu tezliklə öz el-obasına qayıtmaqdır.
Həmin görüntüləri təqdim edirik:
Zaira Akifqızı
Globalinfo.az














