“Bu, məhrumetmə və müharibə prosesidir” – Qalstanyan

“İnsanlar nə baş verdiyini, bütün bu müddət ərzində hökumətin necə yalan danışdığını başa düşür”.

Globalinfo.az xəbər verir ki, bunu “Vətən naminə Tavuş” hərəkatının lideri Baqrat Qalstanyan deyib.

“Biz bəyan etmişdik ki, delimitasiya ölkəmizi aşağılamaq məqsədi daşıyır.  Bu problem Sünikdən (Zəngəzur) başladı. Hakimiyyət orqanlarının dedikləri yalandır. Bu, məhrumetmə və müharibə prosesidir”, – deyə Qaıstanyan vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az