Bu küçələrə Rəisinin və Abdullahianın adı verildi

Tehranda küçələrdən birinə vəfat etmiş İran prezidentinin və xarici işlər nazirinin adı verilib.

Globalinfo.az xəbər verir ki, bu barədə İran paytaxtının şəhər şurasının mədəniyyət komissiyasının rəhbəri Narges Madanipur məlumat verib.

Məlumata görə, Tehranda iki küçənin adı mərhum prezidenti İbrahim Rəisinin şərəfinə dəyişdirilib, bir küçə isə xarici işlər naziri Hüseyn Əmir Abdullahianın adını daşıyacaq.

“Tehranın 15-ci məhəlləsində, Bəsic və Bəhmən meydanına qədər olan Beesat magistral küçəsi Rəisinin adını daşıyacaq. Həmçinin, Paster küçəsinin şərq hissəsi mərhum prezidentin şərəfinə dəyişdirilib. Paster küçəsinin bu hissəsində İran Prezident Administrasiyasının ofisi yerləşir. Kuşk küçəsi isə xarici işlər naziri Hüseyn Əmir Abdullahianın adını daşıyacaq. Burada İran Xarici İşlər Nazirliyi yerləşir”, – deyə Madanipur vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az