Xaçaturyan məhkəmədə üzr istədi – YENİLƏNİB

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın bu gün keçirilən məhkəməsi davam etdirilib.

Globalinfo.az xəbər verir ki, məhkəmənin növbəti iclası oktyabrın 25-də keçiriləcək.

***11:48

Meşəli qətliamında günahlandırılan Vaqif Xaçaturyan azərbaycanlılara qarşı törədilən cinayətlərə görə üzr istəyib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu o, bu gün keçirilən məhkəmə prosesində deyib.

“Mən bizimkilər tərəfindən azərbaycanlılara qarşı törədilən cinayətlərə görə üzr istəyirəm”, – deyə Vaqif Xaçaturyan bildirib.

O, 15 iyun 1991-ci ildə polis tərəfindən tutularaq, 1 ay Şuşada saxlanıldığını da qeyd edib.

***11:29

“Yolumuzu kəsdilər, xəstə apardığımız maşını güllələdilər”.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bunu qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın məhkəməsində iş üzrə zərərçəkmiş qismində ifadə verən Alış Alışov deyib.

Onun sözlərinə görə, Vaqif Xaçatryan və onun dəstəsi rəhmətlik Qəniməti baltayla vurublar: “Baltayla başından vurandan sonra bir neçə güllə vurdular. Vaqifin qardaşı da, özü də orada iştirak edirdilər”.

Məhkəmədə zərərçəkmişlə Vaqif Xaçatryan arasında dialoq olub.

A.Alışov Vaqif Xaçatryana onu tanıdığını deyib. Vaqif Xaçatryan isə onu tanımadığını bildirib.

Zərərəçəkmiş: Sən orada deyildin?

Vaqif: Mən orada deyildim.

Zərərçəkmiş: Bu necə adamdır ə?

Vaqif: Sən məni orada heç görməmisən. Mən silah götürüb vurmaram.

Zərərçəkmiş: Siz günahsız, əliyalın camaatı qırdınız. Bu camaatı incitmə, boynuna al etdiklərini, kişiliyin olsun!

Qeyd edək ki, Vaqif Xaçatryanın iştirakı ilə Qarabağ iqtisadi rayonunda yaşayan, həmçinin Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı hərbi birləşmələrdən ibarət cinayətkar birliyin tərkibində Xocalı (keçmiş Əsgəran rayonu ərazisində) rayonunun Meşəli kəndində yerli azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı, təqib etmə, didərgin salma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma cinayətləri nəticəsində ümumilikdə 27 nəfər qəsdən öldürülüb, 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2 nəfər kənd sakini girov götürülüb, 81 ailə təsərrüfatından ibarət 340 nəfər daimi yaşayış yerlərindən Azərbaycan Respublikasının digər ərazilərinə didərgin salınıb, kənd sakinlərinə ümumilikdə 13 568 060 manat, dövlətə isə 130 800 manat məbləğində maddi ziyan vurulub.

12 noyabr 2013-cü il tarixdə Xaçatryan Vaqif Çerkezoviç barəsində Cinayət Məcəlləsinin 103 və 107-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilib, 14 noyabr 2013-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib və 21 noyabr 2013-cü il tarixdə axtarışı elan edilərək müvafiq sənədlər Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinə və İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosuna göndərilib.

29 iyul 2023-cü il tarixdə Xaçatryan Vaqif Çerkezoviç səhhəti ilə bağlı Ermənistan Respublikasının ərazisinə keçmək istəyən zaman Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılaraq istintaqa təqdim olunub və həmin tarixdə ona Cinayət Məcəlləsinin 103 və 107-ci maddələrində nəzərdə tutulmuş ittiham elan edilərək barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bu il sentyabrın 22-də təqsirləndirilən şəxs Vaqif Xaçatryana Cinayət Məcəlləsinin müvafiq maddələri ilə yenidən ittiham elan edilib və sentyabrın 29-da isə cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

X X X

“Vaqif Xaçatryana ən ağır cəzanın verilməsini istəyirəm”.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bunu qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın məhkəməsində iş üzrə zərərçəkmiş qismində məhkəməyə teleqram göndərən Babayaev Elnarə Çərkəz qızı deyib.

O, hazırda Qəbələ rayonunda yaşadığını və himayəsində azyaşlı uşaqların olduğunu bildirib: “Bu səbəbdən məhkəməyə gələ bilmirəm. Vaqif Xaçatryana ən ağır cəzanın verilməsini istəyirəm”.

X X X

Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə ittiham olunanlardan biri – Vaqif Xaçaturyanın cinayət işi üzrə növbəti məhkəmə baxışı keçirilir.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədr əvəzi, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş şəxslər dindirilir.

V.Xaçaturyan Azərbaycan tərəfindən vəkil və tərcüməçi ilə təmin olunub, ona qanunvericiliyin tələbləri izah olunub.

Qeyd edək ki, Xaçaturyan Vaqif Çerkezoviç 1992-ci ildə Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırımı törətməkdə, əhalini deportasiya etməkdə və digər xüsusilə ağır cinayətlərdə ittiham olunur.

İttihamda deyilir ki, onun üzv olduğu dəstənin əməlləri nəticəsində 25 nəfər azərbaycanlı öldürülüb, 14 nəfər xəsarət alıb. Bundan başqa hadisələr vaxtı dövlətə və kənd sakinlərinə məxsus 5 milyon 496 min 900 manatlıq əmlak məhv edilib.

***08:47

Bu gün qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçaturyan Vaqif Çerkezoviçin cinayət işi üzrə növbəti məhkəmə keçiriləcək.

Globalinfo.az xəbər verir ki, cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılır.

Məhkəmə prosesində zərərçəkmiş şəxslər ifadə verəcəklər.

Qeyd edək ki, oktyabrın 18-də keçirilmiş məhkəmədə prokuror ittiham aktını elan edib. İş üzrə zərərçəkmiş kimi 58 vətəndaş və Xocalı Rayon İcra Hakimiyyəti tanınıb.

Xatırladaq ki, V.Xaçaturyanın müdafiəçisi Natiq Bəybalayev səhhəti ilə bağlı məhkəməyə müraciət edib. O, daha müdafiə çıxışlarına gələ bilməyəcəyini bildirib. Bundan sonra Xaçaturyanın vəkili Radmina Abulova olacaq.

Qeyd edək ki, Vaqif Xaçaturyanın iştirakı ilə Qarabağ iqtisadi rayonunda yaşayan, həmçinin Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı hərbi birləşmələrdən ibarət cinayətkar birliyin tərkibində Xocalı (keçmiş Əsgəran rayonu ərazisində) rayonunun Meşəli kəndində yerli azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı, təqib etmə, didərgin salma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma cinayətləri nəticəsində ümumilikdə 27 nəfər qəsdən öldürülüb, 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2 nəfər kənd sakini girov götürülüb, 81 ailə təsərrüfatından ibarət 340 nəfər daimi yaşayış yerlərindən Azərbaycan Respublikasının digər ərazilərinə didərgin salınıb, kənd sakinlərinə ümumilikdə 13 568 060 manat, dövlətə isə 130 800 manat məbləğində maddi ziyan vurulub.

12 noyabr 2013-cü il tarixdə Xaçaturyan Vaqif Çerkezoviç barəsində Cinayət Məcəlləsinin 103 və 107-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilib, 14 noyabr 2013-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib və 21 noyabr 2013-cü il tarixdə axtarışı elan edilərək müvafiq sənədlər Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinə və İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosuna göndərilib.

29 iyul 2023-cü il tarixdə Xaçaturyan Vaqif Çerkezoviç səhhəti ilə bağlı Ermənistan Respublikasının ərazisinə keçmək istəyən zaman Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılaraq istintaqa təqdim olunub və həmin tarixdə ona Cinayət Məcəlləsinin 103 və 107-ci maddələrində nəzərdə tutulmuş ittiham elan edilərək barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bu il sentyabrın 22-də təqsirləndirilən şəxs Vaqif Xaçaturyana Cinayət Məcəlləsinin müvafiq maddələri ilə yenidən ittiham elan edilib və sentyabrın 29-da isə cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.